Sabunçuda süni gölməçədə uşaq batdı

HADİSƏ 26 avqust 2025, 18:15
Sabunçu rayonunda süni gölməçədə uşaq batıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata gorə, "112" qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top