Sağlamlığa və əmlaka dəyən zərərlər ödəniləcək

İQTİSADİYYAT 19 avqust 2025, 16:09
Qaz təchizatı ilə bağlı insanların sağlamlığına və əmlakına dəyən zərər ödəniləcək.

Demokrat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Qaz təchizatı haqqında” Qanunda öz əksini tapıb.

Belə ki, qaz təchizatı subyektinin təqsiri üzündən insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə dəymiş zərər həmin zərəri vuran qaz təchizatı subyekti tərəfindən tam aradan qaldırılmalı və ya dəymiş zərərin əvəzi tam ödənilməlidir.

Qanuna əsasən, insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə zərər vurulana qədər mövcud vəziyyətin tam bərpası mümkün olmadıqda, dəymiş zərərin əvəzi Azərbaycanın mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 16:35
Top