Generalın oğluna vəzifə verildi — FOTO

SİYASƏT 18 avqust 2025, 11:40

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət mayoru Ramil Eminov bu vəzifəyə gətirilib.

Demokrat.az “Qafqazinfo.az”a istinadla xəbər verir ki, Ramil Eminovun atası da yüksək vəzifə tutub.

Belə ki, R.Eminov Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Məmməd Eminovun oğludur. General Eminov ötən ilin yayında ordudan ehtiyata buraxılıb.

Məlumat üçün bildirək ki, oğul Eminov idarə rəisi olana qədər eyni qurumda daha aşağı vəzifələrdə çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top