""Abraham Accords" Donald Trampın Yaxın Şərq siyasətində ən əlamətdar imzalardan biridir. İlk prezidentlik dönəmində bu təşəbbüsü irəli sürdü və nəticədə İsrail ilə heç vaxt münasibətləri olmayan ərəb ölkələri arasında sazişlər imzalandı".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
O, bildirib ki, bu sazişlər nəticəsində ölkələrlə diplomatik əlaqələr, ticarət-iqisadi əlaqələri inkişaf etdirdi:
"İndi Trampın ikinci dönəmində bu sazişlərin genişləndirilməsi məsələsi gündəmdədir. ABŞ və İsraildə belə bir fikirin yayıldığını görürük ki, hətta Azərbaycan və mərkəzi Asiya ölkələrinin belə bu sazişə qoşulması perspektivi İsrail və ABŞ üçün maraqlıdır.ABŞ-ın İsrailin təhlükəsizliyi marağı var. İsrailin müharibələri həm ABŞ-ın regiondakı statusuna təsir göstərir, həm də maddi cəhətdən baha-başa gəlir. Ona görə, ABŞ-ın ən münasib ssenarisi odur ki, İsrail müsbət əlaqələr yaratsın və hər hansı bir konfliktə daxil edilməsin".
Politoloq qeyd edib ki, burada geosiyasi faktorlar da var:
"Xüsusilə də Azərbaycan və Mərkəzi Asiyanın bura daxil edilməsi, Rusiyanın və İranın zəiflədilməsi məqsədi güdür. Çünki Azərbaycan və Mərkəzi Asiya Çinlə və Avropa arasında vacib nəqliyyat və enerji xətlərini birləşdirir.Azərbaycanın İbrahim sazişlərinə daxil olması, İsraillə münasibətləri aspektindən yanaşsaq, elə də ciddi bir şey vermir. Onsuz da Azərbaycan Israillə yüksək diplomatik, iqtisadi əlaqələrə malikdir. Amma ABŞ-la münasibətlərin daha da dərinləşdirilməsi, ABŞ-ın Azərbaycana yönəlik əks addımlar atmaması və Azərbaycana investisiyaların, strateji dəyərinin artırılması istiqamətində addımlar atması baxımından faydalı hesab etmək olar".
Əfsanə Kamal
Demokrat.az