Ölkə başçısı zəlzələdən zərər çəkmiş ailələr üçün yaradılmış şəraitlə tanış oldu — FOTOLAR

SOSİAL 05 dekabr 2019, 20:22

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

 

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

 

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlandı.

 

Dövlətimizin başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət etdi.

 

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 14:48
12 iyul 2025, 13:38
Top