SON DƏQİQƏ! Azər Qasımovdan “rus casusu” iddiasına REAKSİYA

GÜNDƏM 29 iyul 2025, 14:46
Xəbər verdiyimiz kimi, mediada Rusiyanın Azərbaycandakı təsir şəbəkəsi barədə yeni məlumatlar yayılıb. Məlumatlarda daha əvvəl adı çəkilən sabiq dövlət məmurları Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov kimi adlarla yanaşı, ilk dəfə adı hallanan şəxslər də var.  

Demokrat.az
həmin şəxslərdən biri olan, bu ilin fevralında Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilən Azər Qasımovun məsələyə münasibətini öyrənməyə çalışıb.
Lakin Azər Qasımov jurnalistin sualına məhəl qoymadan vaxtı olmadığını deyib:

“Bağışlayın, məşğulam”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top