Faizlər həddindən artıq yüksəkdir — Natiq Cəfərli

GÜNDƏM 25 iyul 2025, 13:55
“Problemli kreditlərin həcminin artmasının əsas səbəbi faizlərin yüksək olmasıdır”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, gəlirlər az olduğu üçün insanlar kreditlərə üz tutmağa məcbur olurlar:

“Çox güman ki, gecikmələr əsasən istehlak kreditlərindədir. Faizlər həddindən artıq yüksəkdir, insanlar da bəzən məsuliyyət hiss etmədən bir neçə bankdan eyni anda kredit götürərək problemlərini həll etməyə çalışırlar. Düzdür, bu, vətəndaşların da günahı deyil. Gəlirlərin azalması vətəndaşları məcbur edir ki, istehlak kreditlərinə müraciət etsinlər.Dünya praktikasında belədir ki, problemli kreditlərin həcmi kredit portfelinə nisbətən 3 faizdən yuxarı olanda bu, ciddi problem hesab edilir. Hələlik Azərbaycanda 1,7 faiz civarındadır, yəni təhlükəli xəttdən xeyli aşağıdır. Problem tendensiyadadır. Tendensiya belədir ki, hər ay problemli kreditlərin həcmində az da olsa artım müşahidə olunur”.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 %, son 1 ildə isə 16,75 % artıb.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top