Son illər Azərbaycanda boşanma hallarında artım müşahidə olunur. Maraqlıdır ki, bu artımın səbəbi yalnız ailədaxili narazılıqlar və münasibət problemləri ilə bağlı deyil. Mütəxəssislər qeyd edirlər ki, bəzi boşanmalar sırf sosial və iqtisadi məqsədlərlə – kredit götürmək, əmlak əldə etmək və ya sosial müavinət almaq üçün həyata keçirilir.
Vəkil Dilarə Axundova Demokrat.az-a açıqlama verib.
O deyib ki, bu boşanmalar formal xarakter daşıyır və gerçək nikah münasibətləri, əslində, qeyri-rəsmi şəkildə davam etdirilir.
“Bəzi boşananlar sosial müavinət və ya ünvanlı yardım almaq, daha aşağı gəlir göstərib güzəştli ipoteka və ya kredit əldə etməyə çalışırlar. Bununla yanaşı əmlak və torpaq paylarının bölüşdürülməsində müəyyən üstünlük qazanmaq, məcburi köçkünlük və ya fərqli qeydiyyat statusu üçün ailə tərkibini rəsmi şəkildə dəyişdirirlər. Qeyd olunan hallar, qanuni baxımdan hüququn məqsəd və məzmununa zidd olan manipulyasiyalar kimi qiymətləndirilə bilər. Çünki bu zaman nikah institutu və boşanma proseduru hüquqi münasibətin tənzimlənməsi vasitəsi olmaqdan çıxır və məqsədli şəkildə alətə çevrilir. Əgər bir ailə rəsmi olaraq boşanıb, lakin faktiki olaraq birgə yaşayırsa, bu, bəzi hallarda mülki və inzibati məsuliyyət doğura bilər. Bu tendensiyanın qarşısını almaq üçün boşanma zamanı tərəflərin faktiki yaşam şəraitinin və motivasiyasının daha diqqətlə araşdırılması, sosial yardım və kredit proqramlarının ciddi yoxlamalara əsaslanması, və hüquqi mexanizmlərin sui-istifadə hallarına qarşı sərtləşdirilməsi vacibdir”.
Leyla Turan
Demokrat.az