Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

DÜNYA 25 iyul 2025, 09:41
Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.

Demokrat.az "Report”a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat verib.

"Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə zəmanət verən iki dövlət prinsipini dəstəkləyir”, - Karni "X”də yazıb.

O, qeyd edib ki, Ottava bu məqsədə nail olmaq üçün bütün təşkilatlarda, o cümlədən BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici işlər nazirlərinin görüşündə fəal çalışacaq.

Baş nazir əlavə edib ki, Kanada İsrail hökumətinin Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsinin qarşısını ala bilməməsini pisləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top