“Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda verdiyi mesajlar Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir səhifənin açıldığını göstərir. Köhnə Avropa Komissiyasının birtərəfli, qeyri-obyektiv yanaşmalarından fərqli olaraq yeni komissiyanın ritorikasında daha balanslı və konstruktiv ton hiss oluna bilər. Bu, həm də Qərbin regiondakı reallıqları daha rasional şəkildə dərk etməyə başladığının göstəricisidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Azərbaycan son illərdə iqtisadi, enerji və geosiyasi sahələrdə artan çəkisi ilə Avropanın ciddi tərəfdaşına çevrilib:
“Bakı bu statusunu birtərəfli təzyiqlər altında deyil, qarşılıqlı hörmət və maraqlar əsasında qorumaqda qərarlıdır. Yeni mərhələdə enerji əməkdaşlığının dərinləşməsi, nəqliyyat layihələrinin inteqrasiyası və siyasi dialoqun canlandırılması gözlənilir. Xüsusilə yaşıl enerji sahəsində ortaq layihələr və Cənub Qaz Dəhlizi çərçivəsində genişlənən əməkdaşlıq gündəmin əsas mövzularındandır. Digər tərəfdən, Brüssel Ermənistanı sülhə təşviq etməkdə daha fəal mövqe sərgiləməlidir. Əgər Avropa İttifaqı Cənubi Qafqazda sabitlik istəyirsə ədalətli və qərəzsiz mövqe tutmalıdır. Prezidentin "biz də onlara müsbət mesajlar veririk" ifadəsi qarşılıqlı iradənin olduğunu təsdiqləyir. Bu isə diplomatik manevrlərin deyil, real tərəfdaşlığın əsasını qoyur”.
Politoloq əlavə edib ki, Qərb üçün strateji enerji təhlükəsizliyi nə qədər vacibdirsə, Azərbaycan üçün də suverenliyinə hörmət olunması o qədər əhəmiyyətlidir:
“Əgər yeni komissiya bu tarazlığı anlayırsa münasibətlərdə davamlılıq və inkişaf mümkündür. Bu mərhələdə kommunikasiya kanallarının gücləndirilməsi, qarşılıqlı mədəni və ictimai platformaların genişləndirilməsi də vacib rol oynayacaq. Azərbaycan bu fürsəti həm regional sülh, həm də milli maraqlarını qoruyaraq dəyərləndirməyə çalışır. Nəticə etibarilə bu proses təkcə siyasi deyil, strateji tərəfdaşlıq modelinin formalaşması kimi dəyərləndirilə bilər”.
Leyla Turan
Demokrat.az