"Darıxmayın, sizi başa salacaqlar” — Ustanın pulunu verməyən deputat hədələdi

SOSİAL 19 iyul 2025, 14:09
Qubalı deputat ustaların haqqını kəsib.

Demokrat.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.

Belə ki, Qubanın deputatı Əlibala Məhərrəmzadənin evində, bağında, villasında,otelində işləyən bir neçə nəfər “Sitat.info”-ya şikayət ünvanlayıblar. İşi görüb bitiriblər, pullarını ala bilmirlər. İddiaya görə, deputat ustaların haqqını kəsib.

Jurnalist məsələ ilə bağlı deputata tam mədəni formada zəng edib, onun da fikirini öyrənməyə çalışıb.

O isə kobud cavab verərək, jurnalisti hədələyib. “Siz şikayət qəbul edənsiniz? Darıxmayın, sizi başa salacaqlar” deyə cavab verib.

Jurnalistə şikayət edən ustaya isə Qubada təzyiq göstərildiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top