Deputat: "Möhkəmlənən Azərbaycan-Türkmənistan münasibətləri bu gün region üçün nümunəvi səviyyədədir"

GÜNDƏM 17 iyul 2025, 15:25
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycana səfərə gəlib. İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. zərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib.Dövlət başçısı qeyd edib ki, bu səfər Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. İki ölkə arasında olan münasibətlərə görə sizdən şərh istəyəcəkdim.

Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib ki, son illər, xüsusilə Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur:

“Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Son illər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Azərbaycanla Türkmənistan  beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. İki ölkə beynəlxalq parlament təşkilatlarında da bir-birinə dəstək verir, uğurlu əməkdaşlıq həyata keçirir”.

Deputat əlavə edib ki, Azərbaycan-Türkmənistan əlaqələri region üçün nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb:

“Dərin tarixi zəmin üzərində möhkəmlənən Azərbaycan-Türkmənistan münasibətləri bu gün region üçün də nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb. Həm Azərbaycan, həm də Türkmənistan regional və qlobal əhəmiyyət daşıyan bir çox məsələlərdə oxşar mövqelərdən çıxış edirlər. Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlərdə qeyd edildiyi kimi, ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top