Görüşün 5 saat çəkməsi bunu göstərir — Deputat

GÜNDƏM 10 iyul 2025, 18:12
“Görüşün geniş tərkibli nümayəndə heyəti ilə, 2 raundda, ümumilikdə 5 saat keçirilməsi ciddi məsələlərin müzakirə edildiyindən xəbər verir”. 

Bunu Demokrat.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, sonda ayrı-ayrı məsələlərin daha dəqiq işlənməsi üçün işçi qruplara tapşırıqların verilməsi tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırdığını, sülh müqaviləsinin imzalanması üçün artıq xeyli iş görüldüyünü göstərir:



“Düzdür, burada məsələnin necə yekunlaşacağı Ermənistanın öz konstitusiyasını dəyişməyə nə dərəcədə hazır olmasından asılıdır. Azərbaycan münasibətlərin normallaşması üçün maksimum işlər görüb, indi söz Ermənistandadır. Əgər danışıqlara ciddiyətlə, beynəlxalq hüquq normalarını nəzərə alaraq yanaşılacaqsa, sonda müsbət nəticələr olacağını düşünmək olar”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top