Bu qayda ləğv edilir — Nələr dəyişəcək?

GÜNDƏM 10 iyul 2025, 16:44
Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından “ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktı”nın çıxarılması təklif edilir. Bəs bu dəyişikliyin mahiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Demokrat.az-a danışan hüquqşünas Tağı Hüseynov deyib ki, ər və arvad nikah dövründə nə əldə edibsə, onların ümumi əmlakıdır:



“Çox vaxt kişilər dünyasını dəyişir, sağ qalan qadın əgər rəsmi nikahı yoxdursa, onunla evli olduğu dövrdə əldə olunmuş əmlaklar ona çatmır, kişinin vərəsəsi sayılmır. Nikahda olmaq o deməkdir ki, ər-arvad bir-birinin vərəsəsidir, birgə nikah dövründə əldə olunmuş əmlaklar bölünür, amma nikah yoxdursa, ölən şəxsin adına olan əmlaklar uşaqlarına qalır.

Çox maraqlıdır ki, neçə illərdir hakimlər bu faktın əldə olunması ilə bağlı ərizələri təmin etmirlər. Yəqin ki, bu səbəbdən də sözügedən hissəni qanunvericilikdən çıxarırlar ki, daha hakimlərə bu ərizə ilə müraciət etməsinlər.”

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top