Bakıda məşhur istirahət mərkəzində faciə: Ölən var

HADİSƏ 03 iyul 2025, 10:58
Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib. 

Demokrat.az qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən "Golden Beach" istirahət mərkəzində qeydə alınıb.

Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top