Hacı İbrahimin şirkətlərindən biri borca düşdü

İQTİSADİYYAT 02 iyul 2025, 20:45
İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus olan şirkət riskli vergi ödəyicilərinin siyahısına daxil edilib.

Demokrat.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu, "Avesta Group of Companies" MMC-dir.

"Avesta Group of Companies" 2017-ci ilin mayın 12-də dövlət qeydiyyatına alınıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçota alınıb.

Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 71 A ünvanında yerləşir.

Qeyd edək ki, Hacı İbrahim Nehrəmliyə məxsus "Avesta Konserni" isə riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsə də, külli miqdarda vergi borcu mövcuddur. Belə ki, hazırda şirkətin dövlət qarşısında 703 986.94 manat vergi borcu var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top