Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı — YENİLƏNİB

DÜNYA 02 iyul 2025, 21:11
:Rusiyanın Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsi ötən illərdə törədilmiş qətllərə dair iş üzrə təqsirləndirilərək saxlanılan Abbas Azay oğlu Əzizov barəsində qərar çıxarıb.

Demokrat.az 
xəbər verir ki, bu barədə məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.

Məhkəmə istintaqın vəsatətitini təmin edərək Abbas Əzizov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Bununla da Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb.

***
19:43

Rusiyanın Yekaterinburq şəhərinin Leninsk Rayon Məhkəməsi ötən illərdə törədilmiş qətllərə dair iş üzrə ittiham olunan Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçib.


Demokrat.az xəbər verir ki, bu barədə məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, məhkəmə istintaqın vəsatətini təmin edib. Onun həbs müddəti cari ilin iyulun 19-na qədər davam edəcək.


***
11:10


Yekaterinburq şəhərində OMON qüvvələri tərəfindən saxlanılan, əvvəlki illərdə qətl törətməkdə şübhəli bilinən daha bir azərbaycanlı - Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçilib.

Demokrat.az bu barədə TASS agentliyinə istinadən xəbər verib.

"Təqsirləndirilən şəxs barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilsin", - deyə hakim bildirib.

Lenin Rayon Məhkəməsində Şahin Lalayev ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Xatırladaq ki, iyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev həbs olunublar.

Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti onların 2001, 2010 və 2011-ci illərdə bir sıra qətllərdə iştirakda şübhəli bilindiyini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top