Məşhur bloger 7 il müddətinə azadlıqdan məhrum edilib

DÜNYA 24 iyun 2025, 19:21
Rusiyada Bitmama təxəllüsü ilə tanınan bloger Valeriya Fedyakina 7 il müddətinə azadlıqdan məhrum edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fedyakina xüsusilə böyük miqyasda dələduzluq işində təqsirli bilinib. Məlum olub ki, bloqqer investorlara kriptovalyutaya investisiyalar təklif edib. O, insanlara yüksək qazanc vəd edib, lakin pulu mənimsəyib. Dəymiş ziyanın ümumi məbləği 2,2 milyard rubl təşkil edib.

Məhkəmə onu altı aylıq hamilə olmasına baxmayaraq, istintaq təcridxanasına göndərib. Fedyakin həm də maliyyə piramidasını təşkil etməkdə ittiham edilib. Bloger valyuta nəzarətindən və məhdudiyyətlərdən yan keçərək xaricə çoxmilyonluq vəsait köçürüb.

Əfsanə Kamal
Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top