Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu

SOSİAL 24 iyun 2025, 10:41
Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "MGN Group” şirkəti barəsində məhkəməyə ərizə ilə müraciət edib.

Demokrat.az Valyuta.az-a istinadən xəbər verir ki, qurum ərizəsində şirkətin dövlət büdcəsinə ümumilikdə 47 112,34 manat borcu olduğunu, lakin borcun ödənilmədiyini göstərib. Qurum məhkəmədə xahiş edib ki, borc ödənilədək şirkət rəhbərinin ölkədən çıxışına 

İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Zeynəb Axundova qurumun ərizəsini təmin edib.

Qeyd edək ki, "MGN Group” şirkəti 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Quliyev Ümüd Faiq oğludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyun 2025, 13:53
Top