İran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdi

DÜNYA 22 iyun 2025, 10:41
"ABŞ-nin İrana endirdiyi zərbələr beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır".

Demokrat.az-ın xəbərinə görə, bu barədə Əmir Səid İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədri və baş katibinə ünvanladığı məktubda deyilir.

"Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir", - deyə məktubda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top