Yaşar Gülər İranla sərhədə getdi

DÜNYA 18 iyun 2025, 12:59
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin İranla sərhəddə yerləşən Van bölgəsinə səfər edib.

Demokrat.az “TRT Haber”ə istinadən xəbər verir ki, səfərin məqsədi İranla sərhəddə yerləşən hərbi hissələrdə yoxlanış aparmaqdır.

Bildirilib ki, Güləri bu səfərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, eləcə də digər hərbi vəzifəli şəxslər müşayiət ediblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top