"Riyaziyyat fənni üzrə nəticələr aşağıdır"

SOSİAL 18 iyun 2025, 10:55
Riyaziyyat fənni üzrə hələ ki, nəticələr istədiyimiz səviyyədən aşağıdır.

Demokrat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.

Onun sözlərinə görə, bu fənn üzrə yüksək nəticə göstərənlərin sayı kifayət qədərdir:

"Xarici dilə gəlincə, inanmırdım ki, qısa müddətdə nəticələr yaxşı olsun. Amma orta göstəricilər 40%-ə çatır və bu, bizim ölkə üçün çox yaxşı nəticədir".

DİM sədri əlavə edib ki, əvvəlki illərlə müqayisədə artıq şagirdlərin 70%-i açıq tipli test tapşırıqlarını yerinə yetirə bilir. Halbuki əvvəllər bu göstərici 30-40% idi:

"Yeni növ imtahana keçid edəndə maksimum 40% məzun yazı işini yerinə yetirə bilirdi. Xüsusilə tədris dili üzrə göstəricilər yaxşıdır. Addım-addım nəticələr yaxşılaşır, amma sıçrayış yoxdur". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top