Azərbaycan Mərkəzi Bankı (AMB) saxta pul reproduksiyalarının yayılması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib. Bildirilib ki, son dövrlər ölkə ərazisində pərakəndə ticarət müəssisələrində mətbəə üsulu ilə hazırlanmış milli, eləcə də xarici valyutada pul nişanlarının qanunsuz reproduksiyalarının satışı hallarına rast gəlinir.
İqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında söyləyib ki, saxta valyutanın dövriyyəyə buraxılması əslində dövlət üçün çox ciddi təhlükədir və bu, cinayət hesab olunur:
“Belə hallar dünyanın heç bir inkişaf etmiş ölkəsində də arzuolunan deyil. Onların qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilir. Hər bir ölkə öz milli valyutasını mümkün qədər yüksək keyfiyyətlə və saxtalaşdırmaya qarşı müdafiə olunacaq formada buraxmağa çalışır. Amma bununla belə, dünyanın ən etibarlı valyutalarının belə saxta versiyaları müəyyən cinayətkar qruplar tərəfindən hazırlanaraq dövriyyəyə buraxılır. Bu da iqtisadiyyat üçün ciddi problemlər yaradır. Belə halların qarşısının alınması üçün dövlət səviyyəsində təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Valyutanın saxtalaşdırılmasına qarşı mühafizə mexanizmləri və texniki sistemlər yaradılmalıdır”.
İqtisadçı əlavə edib ki, bu işdə vətəndaşlara da böyük məsuliyyət düşür:
“Hər kəs aldıqları pullara və ödəniş zamanı təqdim olunan əskinaslara diqqətlə yanaşmalı, şübhəli hallarda bu barədə müvafiq qurumlara məlumat verməlidir. Nağd ödənişlər əvəzinə mümkün qədər kartla və ya digər qeyri-nağd üsullarla ödəniş etmək tövsiyə olunur. Bu üsullar vətəndaşların saxta pullarla rastlaşma ehtimalını minimuma endirir. Şəxsi fikrim budur ki, saxta əskinasların pərakəndə ticarət obyektlərində yayılması çox nadir haldır. Əsas təhlükə saxta pulların birbaşa əldən-ələ verilməsi ilə bağlıdır. Nəğd ödənişlər nə qədər geniş yayılırsa, bu risk də o qədər artır. Bu səbəbdən də, nağdsız ödənişlərin genişləndirilməsi dövlətin və cəmiyyətin marağındadır”.
Leyla Turan
Demokrat.az