Vasif Talıbovun yaratdığı fond ləğv edildi

SİYASƏT 17 iyun 2025, 10:42
Naxçıvan Aqrar Sığorta Fondu ləğv edilib.

Demokrat.az-ın Modern.az-a istinadən məlumatına görə, sözügedən qurum iki ay ərzində fəaliyyətini tam dayandıracaq.

Fondu ləğvi ilə bağlı müvafiq fərman imzalanıb. Naxçıvan qanunvericiliyində Fondun ləğvi ilə bağlı müəyyən dəyişikliklər ediləcək.

Qeyd edək ki, Naxçıvan Aqrar Sığorta Fondu 2020-ci ilin yanvarında Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun fərmanı ilə yaradılıb.

Xatırıladaq ki, Vasif Talıbov 1995-ci ildən 21 dekabr 2022-ci ilədək Ali Məclisin sədri vəzifəsində çalışıb.






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top