Gənclərin evliliyə marağı azalmayıb, amma... — Millət vəkili

SOSİAL 10 iyun 2025, 17:45
“Azərbaycanda gənclərin evliliyə marağının azaldığını düşünmürəm”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, əksinə, gənclərin ailə qurmağa məsuliyyətlə yanaşdığını görür:

“Mən universitetdə dərs deyirəm, gənclərlə işləyirəm. Gənclərin ailə həyatına necə məsuliyyətlə yanaşdığının şahidi oluram. Digər tərəfdən, gənclərin ailə qurma yaşı bir qədər artıb. Bu isə onların təhsil alması, iş tapması, həyatda artıq öz-özünü təmin edəcək bir səviyyəyə çatmaq istəyi ilə bağlıdır. Ümumən isə ailə institutu azərbaycanlılar üçün hələ də çox arzulanan, möhkəm bir strukturdur. Qoy həmişə toy olsun və gənclərimiz xoşbəxt olsunlar”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top