Misir Mərdanov xəstəxanaya yerləşdirildi — AÇIQLAMA

SOSİAL 10 iyun 2025, 14:56
Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

Modern.az-a daxil olan məlumata görə, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

Əməkdaşımız xəbəri dəqiqləşdirmək üçün Misir Mərdanovun özü ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında sabiq nazir hazırda xəstəxanada olduğunu təsdiqləyib.

"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam". 

M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.

1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top