Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? — RƏSMİ

SOSİAL 10 iyun 2025, 11:30
Son həftələr Bakının bəzi məktəblərində direktorların işdən çıxarılması barədə rəsmi xəbərlər yayılıb. Onların yerinə təyinat hələlik baş tutmayıb.

Bakıda, eləcə də regionlarda onlarla məktəb direktorsuz fəaliyyət göstərir. Belə olan halda direktorsuz məktəblərdə attestatlarının imzalanması kimlərin üzərindədir? Yəni kimlərin imza səlahiyyəti var? Belə bir məqam necə tənzimlənir?

Demokrat.az xəbər verir ki, AzEdu.az mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

MÜTDA-dan bildirilib ki, direktoru olmayan ümumi təhsil müəssisələrində attestatların imzalanması direktor səlahiyyətlərninin müvəqqəti icrasının həvalə edildiyi şəxs tərəfindən həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyun 2025, 22:13
Top