"Məşhur deyildim, məşhur oldum, çox sağolsunlar. Heç bir hüquqi əsas olmadan səhifəmdən götürüb paylaşıblar"
Bunu Demokrat.az-a açıqlamasında yayılan görüntüləri ilə bağlı danışan radioloq-mammoloq Günel Qəmbərova deyib. O bildirib ki, pasiyentin videonun paylaşılması ilə bağlı narazılığı olmayıb:
"Xəstə məmnun, mən məmnun. Xəstənin üzü bağlanıb, süd vəzisi isə bütün paylaşımlarımda göstərilir. Mənim işim süd vəzidir. Bu adi bir prosedurdur, əməliyyat deyil. Radioloq əməliyyat həkimi deyil. Oturub izləyirəm ki, bir az da məşhurlaşım".
Qeyd edək ki, Günel Qəmbərovanın prosedur zamanı çəkilən əyləncəli görüntüsü, videoda pasiyentin sinəsinin görünməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Cavidan Mirzəzadə
Demokrat.az