İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib. Bəqai bildirib ki, İranın Azərbaycandakı səfiri seçilib və təqdim olunub.
Politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, normallaşma prosesi qarşılıqlı şəkildə atılan doğru addımlarla davam etdirilir:
“Bu da öz növbəsində konkret və praktiki nəticələrə gətirib çıxarmalıdır. Bu baxımdan, səfirin təyin olunması diplomatik münasibətlərdə və siyasi dialoqun daimiləşməsi, operativ və yüksək səviyyədə qurulması baxımından olduqca vacib bir şərtdir. Təyin olunan şəxsin hansı səviyyədə nüfuzlu və təcrübəli olması da əhəmiyyətlidir. Belə bir fiqurun olması, həm əlaqələrin operativ şəkildə idarə olunmasına, həm də daha geniş miqyaslı məsələlərin effektiv həllinə töhfə verə bilər. Hazırda müşahidə edirik ki, bu istiqamətdə müəyyən irəliləyişlər baş verir. Atılan addımlar yalnız formal xarakter daşımamalı, eyni zamanda real əməkdaşlıq platformalarının yaradılmasına, iqtisadi, humanitar və siyasi sahələrdə əlaqələrin dərinləşdirilməsinə xidmət etməlidir”.
Leyla Turan
Demokrat.az