Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu — FOTOLAR

HADİSƏ 31 may 2025, 11:18
Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, qəzada ölən Ağstafa rayonunun Muğanlı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.

Həlak olan hər 3 şəxsin cənazələri dünən gecə saatlarında Azərbaycana gətirilərək ailələrinə təhvil verilib.

Həlak olanlardan ikisi Qazax rayonunun Daş Salahlı, biri isə Ağstafa rayonunun Muğanlı kəndində bu gün dəfn ediləcək.

***10:36

Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.


Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. "LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.

Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.

Qəzada ölən digər azərbaycanlı - Ağstafa rayon sakininin isə şəxsiyyəti dəqiqləşdirilir.







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top