Ötən illərə nəzər salarkən biz boşanma hallarının artdığını görürdük. Lakin sevindirici haldır ki, bu ilin ilk 3 ayının statistik göstəricilərində bu rəqəmlər dəyişib və biz artıq nikahların sayında artım müşahidə edirik”.
Bunu Demokrat.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva deyib.
O bildirib ki, komitə tərəfindən cəmiyyətin özəyi, əsas təməli olan və genofondun qorunmasına cavabdehlik daşıyan ailə institutunun möhkəmləndirilməsi, dayanıqlılığının təmin edilməsi istiqamətində layihələr, görüşlər, təhlillər həyata keçirilir:
“İstər paytaxtda, istərsə də bölgələrdə xüsusən gənclər arasında keçirilən tədbirlərin əsas məqsədi sağlam təməlli ailələrin qurulmasının təbliğ edilməsi, milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir. Müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə keçirilən görüşlərdə çıxışlarla yanaşı müzakirələrə də hər zaman geniş yer verilir və gənclərin ailə məsələləri ilə bağlı sualları cavablandırılır, fikirləri dinlənilir”.
Komitədən bildirilib ki, bu istiqamətdə media vasitəsilə də ciddi işlər həyata keçirilir:
“Mütəmadi olaraq efirlərdə komitənin sifarişi ilə hazırlanan sosial çarxlar nümayiş etdirilir, materiallar yayımlanır, efirlərdə mütəxəssislərın çıxışları təşkil olunur, qanunvericiliyə dair yeni rəy və təkliflər paketi hazırlanır. Təbii ki, işlər bununla yekunlaşmır. Dövlət Komitəsi tərəfindən həyata keçirilən bütün tədbirlərdə, görüşlərdə xüsusilə vurğulanır ki, ailə məsələləri, ailə problemləri təkcə onların mövcud olduğu ailələrin deyil bütün cəmiyyətin problemidir və marağında olmalıdır”.
Səmra Əliyeva boşanmaların səbəblərindən danışarkən qeyd edib ki, əksər hallarda cütlüklər ümumi bir səbəbi – xarakter uyğunsuzluğu səbəbini göstərərək daha dərinliyə varmaq, əlavə məlumat vermək istəmirlər:
“Amma əlbəttə ki, bu uyğunsuzluğun altında daha ciddi səbəblər yatır. Bəzən əhali arasında belə bir fikir də dolaşır ki, insanlar sosial problemlər səbəbilə daha çox boşanırlar. Əlbəttə ki, iqtisadi vəziyyətin, maddi durumun sabit və yaxşı olması ailə münasibətlərinin möhkəmliyinə, firavan gələcəyə zəmin yaradır. Amma heç də həmişə ailə münasibətlərinin möhkəmliyinə sığorta olmur. Ailədaxili münasibətlər daha vacib amillər üzərində qurulub.
Tərəfimizdən keçirilən sorğular, Ədliyyə Nazirliyinin təqdim etdiyi məlumatlar göstərir ki, insanlar bir-biri ilə ünsiyyətə daxil ola bilmədikləri, ortaq məxrəcə gələ bilmədikləri üçün, daha sonra isə xəyanət, övladın olmaması, kənar müdaxilə kimi səbəblərdən boşanırlar. Düşünülmədən, səbəbsiz yerə baş tutan boşanmalar və daha sonra yaranan gərginliklər ilk olaraq həmin cütlüyə və onların övladlarına zərər yetirir.
Boşanma hallarında cütlüklərin tez bir zamanda qərar vermələri, ailəni qorumaq əvəzinə asan yol olan ailəni dağıtmağı seçmələri həmin ailələrin möhkəm təməl üzərində qurulmamasının göstəricisidir. Ona görə də cəmiyyət üzvləri hər zaman sağlam təməlli rəsmi nikahların bağlanmasında maraqlı olmalı, dayanıqlı ailələrin mövcudluğu üçün ailənin dəyərini, önəmini uşaq yaşlarından övladlarına izah etməlidirlər”.
Cavidan Mirzəzadə
Demokrat.az