ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub

DÜNYA 19 may 2025, 10:16
ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.

Demokrat.az xəbər verir ki, Baydenin ofisindən onun səhhəti ilə bağlı yazılı açıqlama verilib.

Açıqlamada Baydenin keçən həftə sidik ifrazı əlamətlərindən sonra həkimlər tərəfindən müayinə edildiyi, mayın 16-da ona sümüklərə metastaz verən aqressiv prostat xərçəngi diaqnozunun qoyulduğu bildirilib.

Baydenin ailəsi ilə müalicə variantlarını müzakirə etdiyi və tezliklə müalicəyə başlayacağı da ictimaiyyətlə paylaşılıb.

ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabından Baydenlə bağlı paylaşım edib: 

“Melaniya və mən Co Baydenə qoyulan son tibbi diaqnozdan çox kədərləndik. Cill və onun ailəsinə ən səmimi,ən xoş arzularımızı çatdırırıq, Coya tezliklə sağalmağı arzu edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 may 2025, 13:05
Top