
Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Sürücü Yasin Yaqubovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.
Piyada xəstəxanaya çatdırılıb. Lakin aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. (Report)