Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb. Ölkədə qohumlar arasında nikah bağlanması 2 ay sonra qadağan olunur. Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsirinin olduğu iddia edilir.
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlmasında deyib ki, diqqət çəkən əsas məsələ boşanma sayının artmasıdır:
“Bu artıma müxtəlif səbəblər, o cümlədən yaxın zamanlarda qohum evliliklərinə qoyulacaq qadağa və digər sosial faktorlar təsir edə bilər. Lakin 6739-dan 7741-ə qalxan nikah sayı elə də ciddi artım hesab olunmur, bu rəqəmlər nisbətən sabitdir.
Təəssüf ki, boşanma halları yüksək olaraq qalır və təxminən 50 faizə yaxınlaşır. Bu isə cəmiyyət üçün ciddi narahatlıq doğurmalıdır. Digər tərəfdən, nikahların sayında da ciddi artım müşahidə edilmir ki, bu da ölkənin əhali artımı tempinə mənfi təsir göstərir. Uzunmüddətli perspektivdə bu, həm demoqrafik, həm də təhlükəsizlik baxımından dövlət üçün mənfi nəticələrə səbəb ola bilər”.
Sosioloq qeyd edb ki, bu tendensiyanı dəyişmək üçün nikahların və doğumun stimullaşdırılması vacibdir:
“Burada ən əsas məsələ sosial təminatın gücləndirilməsidir. Əminəm ki, sosial rifah yaxşılaşdığı təqdirdə həm nikahların, həm də uşaqların sayı artacaq. Boşanmaların azalması məsələsinə gəldikdə isə, bu, təkcə sosial yox, həm də psixoloji və mənəvi faktorlarla əlaqədardır. Yəni bu istiqamətdə də maarifləndirmə və psixoloji dəstək proqramlarının həyata keçirilməsi vacibdir”.
Leyla Turan
Demokrat.az