"Azərbaycanın dövlətləşmə prosesini uğurla tamamlaması onu Cənubi Qafqazda mühüm strateji aktora çevirib"

GÜNDƏM 13 may 2025, 19:47
“Milli Müdafiə naziri Yaşar Gülər Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında iştirak etdikdən sonra Azərbaycana səfər edib”.

Bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, səfər çərçivəsində nazir Gülərin Azərbaycan rəsmiləri ilə bir sıra mühüm görüşlər keçirməsi gözlənilir:

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər təkcə beynəlxalq əlaqələr çərçivəsində deyil. Həm də münasibətlər qardaşlıq və strateji əməkdaşlıq əsasında inkişaf etməyə davam edir. İctimai rəyə əsasən, Türkiyədə ən çox sevilən ölkə Azərbaycan, Azərbaycanda isə ən çox sevilən ölkə Türkiyədir. Bu qarşılıqlı sevgi və etimad iki ölkə münasibətlərini son dərəcə xüsusi edir. Azərbaycanın dövlətləşmə və milliləşmə prosesini uğurla tamamlaması onu Cənubi Qafqazda mühüm strateji aktora çevirib. Bu proses Türkiyə tərəfindən yaxından izlənir. Nazir Gülərin görüşlərində xüsusilə Hindistan və Pakistan arasında yaşanan gərginlik fonunda Azərbaycanın regional mövqeyi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin ön planda olacağı gözlənilir. Yaşar Gülər tez-tez Azərbaycana səfərlər edərək həmkarları ilə Türkiyənin hərbi təcrübəsinin Bakıya ötürülməsi mövzusunda əhəmiyyətli danışıqlar aparır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 may 2025, 23:30
Top