"Bəzi bölgələrdə 14-16 yaşlı qızların erkən nikaha cəlb edilməsi halları hələ də mövcuddur" — AÇIQLAMA

GÜNDƏM 08 may 2025, 16:49
Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə gün öncə keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanında maraqlı hal yaşanıb. İmtahana gələn şagirdin cibindən oyuncaqlar çıxıb.

Bu barədə DİM-in nəzarətçi müəllimi Elyar İslamoğlu öz feysbuk hesabında paylaşım edib.

“Qızlarınızı 9-cu sinifdən ərə verməyin. Hələ uşaqdılar. Ciblərinə oyuncaqlarını yığıb imtahana gəlirlər”, -deyə o qeyd edib. 

Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlmasında deyib ki, qızların erkən yaşda ərə verilməsi cəmiyyətimiz üçün son dərəcə mühüm və həssas məsələdir:

“Bu təbii ki, hər bir qızın öz seçimidir. Əlbəttə ki, 9-cu sinifdə oxuyan bir qızı ərə vermək olmaz. Çünki onun düşüncəsi formalaşmayıb.  Azərbaycan qanunvericiliyinə əsasən, nikah yaşı hər iki cins üçün 18 yaş müəyyən edilib. Bəzi hallarda, üzrlü səbəblər olduqda, nikah yaşının 1 il azaldılmasına icazə verilə bilər, lakin bu, istisna hal kimi nəzərdə tutulur. Tez ərə gedən qızlarda müəyyən problemlər yaşanır. Təəssüf ki, bəzi bölgələrdə 14-16 yaşlı qızların erkən nikaha cəlb edilməsi halları hələ də mövcuddur. Bu cür hallar qızların təhsildən yayınmasına, psixoloji və fiziki travmalara, erkən hamiləlik səbəbilə sağlamlıq problemlərinə və ailə həyatına hazırlıqsızlıq səbəbilə boşanmalara gətirib çıxara bilər. Erkən nikahların qarşısını almaq üçün valideynlərin və cəmiyyətin maarifləndirilməsi, qızların təhsil hüququnun qorunması və qanunvericiliyin sərt şəkildə tətbiqi vacibdir. Bu, həm qızların, həm də cəmiyyətin rifahı üçün əhəmiyyətlidir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top