Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında verilir.
Tanınmış həkim Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, elektron sənədlərin tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərəcək:
“Bu sahədə bürokratik maneələrin azalmasına kömək edəcək. Lakin nəzərə almaq lazımdır ki, elektron sənəd sisteminin effektiv fəaliyyəti üçün ölkə üzrə səhiyyənin vahid informasiya infrastrukturunun formalaşması vacibdir.
Rayonlararası və müxtəlif səhiyyə strukturları arasında əlaqələndirilmiş və inteqrasiya olunmuş sistem olmadıqca, elektron sənəd sistemindən tam səmərə gözləmək çətindir.
Digər tərəfdən, elektron sənəd sisteminin tətbiqi xəstələrin keçmiş müalicə tarixçəsinə, aparılmış tibbi prosedurlara və əməliyyatlara dair məlumatlara daha sürətli və rahat çıxış imkanı yaradacaq. Bu, həm də xəstəliklərin qeydiyyatında və ölkə üzrə səhiyyə statistikalarının dəqiq aparılmasında mühüm rol oynayacaq. Beləliklə, vahid statistik məlumat bazasının formalaşması və analitik imkanların genişlənməsi təmin edilə bilər”.
Leyla Turan
Demokrat.az