Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum çərçivəsində panel iclasları keçirilir.
Demokrat.az xəbər verir ki, "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində" adlı panel iclasa Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva moderatorluq edib.
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev yollarda təhlükəsizliyin təmin edilməsinin idarənin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, maarifləndirmə prosesində media nümayəndələri qurumun işinin təşkilinə çox kömək edir.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov hava nəqliyyatının ictimaiyyəti maraqlandıran ən vacib sahələrdən biri olduğunu bildirib. O, AZAL-da xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, son 3 ildə əməliyyat və sərnişin dövriyyəsi baxımından AZAL böyük nəticələr əldə edib.
“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov çıxışında metronun cəmiyyətin nəbzini vuran bir nəqliyyat sistemi olduğunu qeyd edib. O, müasir dövrdə sosial medianın ənənəvi mediada daha çox xəbər mövzusu verdiyini vurğulayıb. Həmçinin B.Məmmədov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası məsələsində medianın onlara böyük dəstək göstərəcəyinə ümidvar olacağını ifadə edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) kommunikasiya departamentinin direktoru Vəli Məmmədov AYNA-ya gündəlik ortalama 12 sorğunun daxil olduğunu qeyd edib. O, daxil olan sorğuların 95 faizinin gün ərzində qurum tərəfindən cavablandırıldığını diqqətə çatdırıb.
Çıxışlardan sonra panel sessiya sual-cavab formatında davam etdirilib.