
Tramp Zelenski ilə danışdıqdan sonra sərt açıqlama verib.
Oxu.Az "Unian"a istinadən xəbər verir ki, ABŞ və Ukrayna liderlərinin Roma Papası Fransiskin dəfn mərasimində görüşündən sonra Ağ Evin rəhbəri Rusiyanın münaqişəyə son qoymaq istəyinə şübhə ilə yanaşıb. Tramp Putinin özünü guya sülhə hazır kimi göstərə biləcəyindən şübhələnir:
"Bəlkə başqa cür etməliyəm, bankçılıq və ya ikinci dərəcəli sanksiyalar vasitəsilə hərəkət edim? Çox insan ölür", - ABŞ lideri özünün sosial şəbəkə hesabında yazıb.
Zelenski Trampla Vatikandakı görüşün "tarixi" ola biləcəyini deyib və əlavə edib ki, onlar çox məsələni müzakirə etməyə macal tapıblar.
Eyni zamanda, Putin Trampın xüsusi elçisi Uitkoff ilə son görüşdə Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu təsdiqləyib.