İyunda 13 gün İŞ OLMAYACAQ

SOSİAL 25 aprel 2025, 10:07
İyun ayında 13 gün qeyri-iş günü olacaq.

Demokrat.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq. 

İyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək. 
 
İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür.
1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir.

Beləcə iyun ayında 13 gün qeyri-iş günü olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top