Bu ilin yanvar-mart aylarında Azərbaycanda 11 min 206,4 ton duru bitki yağları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. Hesabat dövründə Azərbaycanda həmçinin 13 min 115,7 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 18,4 faiz çoxdur.
Aprelin 1-nə ölkədə 3 min 673,8 ton duru bitki yağı, 3 min 94,1 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar da illik müqayisədə müvafiq olaraq 24,8 % az və 8,8 faiz çoxdur.
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, bu məhsulları daxildə istehsal etdiyimiz kimi görünsə də əsasən, bunun qablaşdırmasını aparırıq:
“Ölkəyə xammal formasında gətirilir və burada qablaşdırılır. Misal üçün biz desək ki, bitki yağı istehsal edirik, biz real bitki yağı istehsalçı deyilik. Azərbaycanda təbiət yağ ala biləcəyimiz bitkilərin yetişməsinə imkan vermir. Yəni, biz bunların hamısını kənardan alırıq.
Ölkə istehsalı deyəndə bunlar nəzərdə tutulur. Artım səbəbi də əhalinin tələbatıdır. Sahibkarlar da qiyməti artırır.
Ümumiyyətlə, qiymətin artması istehsalı artıran faktordur. Sahibkar məhsulu sata biləcəyini görəndə həm idxalı artırır, həm də satmağa da daha çox meyillənilər. Burada iki faktor var, həm qiymət, həm tələbat. Yəni, burada qiymət və tələbatın artması məsələsindən söhbət gedir. Tələbat niyə artıb? İnsanların sayı çoxalır, kərə yağı bahalaşanda bitki yağına tələbat daha çox artır”.
Leyla Turan
Demokrat.az