Şuşada keçirilən I İslam Dünyası Mədəniyyət Forumu başa çatıb.
Demokrat.az-ın Şuşa ezam olunmuş jurnalisti xəbər verir ki, “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda keçirilən forumda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak ediblər.
Tədbir çərçivəsində “Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi" və “Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma" mövzusunda panel sessiyalar keçirilib.
Sessiyalarda çıxışçılar mədəni irsin qorunması, bərpası və digər lazımi proseslər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-yenidənqurma prosesi barədə geniş söz açılaraq bunun nümunəsində mədəni irsə qayğı və diqqətin artırılmasına diqqət çəkilib.
Qeyd edək ki, forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutub.
***12:01
Aprelin 17-də Şuşa şəhərində “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu işə keçirilir.
Demokrat.az-ın Şuşa ezam olunmuş jurnalisti xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə gerçəkləşən forumda ölkəmizdən və ICESCO-dan rəsmilər, quruma üzv bir sıra respublikalardan nümayəndələr, mədəniyyət xadimləri və media təmsilçiləri iştirak edirlər.
Forumun məqsədi İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın genişləndirilməsi, İslam irsinin qorunması və təbliğinə töhfə vermək üçün mexanizmlərin hazırlanması, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərzilərində aparılan bərpa və yenidənqurma işləri, həmin ərazilərdə Ermənistanın işğal dövründə vandalizmə məruz qalmış tarixi-mədəni irsin bərpası istiqamətində görülən işləri diqqətə çatdırmaqdır.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova forum iştirakçılarını nazir Adil Kərimlinin adından salamlayıb.
Açılış nitqi söyləyən nazir müavini forumun aktual mövzuya həsr olunduğunu deyib: "Forum “Şuşa - 2024 İslam Dünyasının Mədəniyyət Paytaxtı” üzrə fəaliyyət planının mühüm tərkib hissəsidir. Təəssüf ki, biz silahlı münaqişənin mədəni sərvətlərimizə dağıdıcı təsirini yaşamış ölkəyik. Mədəni obyektlərin dağıdılması, talan edilməsi və təhqir olunması bizi təkcə keçmişimizdən məhrum etmir, həm də kollektiv yaddaşımızın təməlini sarsıdır".
Qeyd olunub ki, forumda ICESCO-ya üzv dövlətlərin siyasətçiləri, ekspertləri, mədəniyyət xadimləri, alimləri ilə birlikdə silahlı münaqişələr zamanı və ondan sonra İslam dünyasında mədəni irsin qorunması və canlandırılması problemlərinin həll edilməsi qarşıya məqsəd qoyulub. Forumda praktiki strategiyalar, birgə səylər və münaqişə zonalarında təhlükə altında olan mədəni irsin qorunmasında İslam ölkələrinin əməkdaşlığının rolu müzakirə olunacaq.
"Forum, sadəcə, bir toplantı deyil, birgə hərəkətə çağırışdır. Bu, İslam dünyası xalqları üçün bir fürsətdir", - deyə S.Yusifova əlavə edib.
Nazir müavini çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimiz tərəfindən azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verib.
ICESCO Bakı Regional Ofisinin direktoru Abdulhakim əl-Sənan təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Malikin adından forum iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb.
ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro ICESCO-nun bərpa proqramları barədə məlumat verib: "Bərpa layihələrinin uğurlu olması üçün yerli icmaların fəal iştirakı vacibdir. Bəzi ölkələrdə, məsələn, Liviyada bu cür iştirak yetərli olmayıb. Yerli icmaları prosesə cəlb etmək və onların baxışlarını dinləmək çox əhəmiyyətlidir. Çünki yerli icmalar öz mədəni ehtiyaclarını xarici mütəxəssislərdən daha yaxşı bilirlər".
Çıxışlardan sonra forum işini panel iclaslarla davam etdirib.
Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlının moderatorluq etdiyi l panel "Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi" mövzusuna həsr olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışında Şuşa şəhərində və işğaldan azad edilmiş digər ərazilərdə tarixi-mədəni irsin vəziyyəti haqqında məlumat verib. Deyib ki, otuzillik işğal zamanı Ermənistan tərəfindən tarixi-mədəni irsimiz dağıdılıb talan edilməklə yanaşı, abidələr üzərində məqsədli saxtalaşdırma aparılıb.
S.Hacıyeva həmin ərazilərdə nisbətən salamat qalmış abidələrin bərpa və konservasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov Şuşa şəhərinin tarixi-mədəni zənginlikləri barədə məlumat verib. Qoruq ərazisindəki abidələrin, o cümlədən İslam irsinin bərpa və konservasiyası sahəsində görülən işlərdən söz açıb.
Forum "Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma" mövzusunda II panel sessiya ilə işini davam etdirəcək.
***10:22
Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu keçirilir.
Demokrat.az-ın Şuşa ezam olunmuş jurnalisti xəbər verir ki, tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunub.
Bu forum Azərbaycanın zəngin mədəni irsinin qorunması və bərpası istiqamətində atılan mühüm addımlardan biridir.
Forum çərçivəsində İslam dünyasının müxtəlif ölkələrindən gəlmiş nümayəndələr, alimlər və mədəniyyət xadimləri bir araya gələrək, münaqişə sonrası dövrdə mədəni irsin qorunması, bərpası və dirçəldilməsi məsələlərini müzakirə edirlər.
Tədbirdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən tarixi və mədəni abidələrin bərpası və qorunması istiqamətində görülən işlər təqdim olunur.
Şuşa şəhərinin bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, onun İslam dünyasında mədəniyyət paytaxtı kimi mövqeyini daha da möhkəmləndirir və Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
Forumda Azərbaycanın mədəniyyət nazirinin müavinləri - Səadət Yusifova və Fərid Cəfərov, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun Azərbaycandakı Regional Ofisinin direktoru Abdulhakeem Alsenan və digər tanınmış şəxslər iştirak edirlər.
Hazırda forum çıxışlarla davam edir…

Vasif Həsənli - Şuşa
Demokrat.az