Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

MƏDƏNİYYƏT 16 aprel 2025, 20:50
Qırğızıstanda aprelin 21-24-də Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi məlumat yayıb.

Proqrama Bişkekin aparıcı mədəniyyət müəssisələrində təşkil olunacaq sərgilər, konsertlər, ədəbi təqdimatlar və ustad dərsləri daxildir.

Tədbirlər çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik musiqi gecəsi keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top