Nazir və Baş prokuror Qarabağ Universitetində — FOTOLAR

GÜNDƏM 14 aprel 2025, 10:39

Aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

Demokrat.az-ın məumatına görə, konfransdan əvvəl Baş prokuror Kamran Əliyev, Elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, prokurorluq əməkdaşları və digər qonaqlar universitetin kitabxanası, kriminalistika otaqları və digər tədris avadanlıqları ilə tanış olub. 
Qonaqlara Qarabağ Universitetinin müasir standartlara cavab verən zəngin kitabxana fondu, elektron resurslar sistemi və tələbələrin elmi tədqiqat fəaliyyətini dəstəkləyən şərait barədə ətraflı məlumat verilib.

Baş Prokurorluq tərəfindən kitabxana fonduna yeni kitablar hədiyyə edilib.

Məlumat verilib ki, Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş kriminalistika otağı hüquqşünaslıq ixtisasının tələbələri üçün praktik təlimlərin keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu otaq, tələbələrin real cinayət hadisələri ilə bağlı praktiki bacarıqlarını inkişaf etdirməyə, hüquq tətbiqi sahəsindəki biliklərini gücləndirməyə imkan verir.












SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top