"“Yalnız bu gün”, “Son 5 dəqiqə” tipli kampaniyalara aldanmaq olmaz” — AÇIQLAMA

GÜNDƏM 11 aprel 2025, 19:12
"Onlayn alış-veriş zamanı dələduzluq halları üçün bir neçə məqama diqqət yetirmək lazımdır. Ilk öncə “Amazon”, “Trendyol”, “Ali-express” kimi tanınmış və reytinqi yüksək olan saytlardan istifadə etmək lazımdır. Yeni və tanımadığımız saytlardan istifadə etməzdən əvvəl şirkətin ünvanı, əlaqə nömrəsi, VÖEN kimi məlumatlarını yoxlamaq lazımdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib.

“Yalnız bu gün”, “Son 5 dəqiqə” tipli kampaniyalara aldanmaq olmaz. Real endirim varsa, bir neçə gün davam etməlidir. Kart məlumatlarını sosial şəbəkələrdə, mesajlarda, zəng zamanı paylaşmamaq lazımdır. Virtual kartlar belə məqamlarda daha təhlükəsiz hesab edilir. Kartlarda mütləq “3D security” təhlükəsizlik mesajlarını aktiv etmək lazımdır. 
Digər alıcıların rəylərini və şikayətlərini mütləq oxumaq lazımdır. Məsələn, paltarın “Zara” marka olduğu yazılır, ancaq satıcı başqa biri ola bilir. Alış-veriş zamanı sənədləri yoxlamaq lazımdır. Qəbz, sifariş təsdiqi, yazışmalar hər hansı problemdə sübut kimi istifadə edilə bilər. Fərdi şəxslərə ödəniş etməkdən qaçınmaq lazımdır"

Qeyd edək ki, son günlərdə məşhur alış-veriş platformaları da müxtəlif saxta elanlarla insanları cəlb etməyə çalışırlar. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top