ABŞ Prezidenti Donald Trampın Ukraynaya qarşı artan hava hücumları ilə bağlı Rusiyaya etdiyi xəbərdarlığa Moskva cavab verib. Tramp Rusiyanın bombardmanlarını dayandırmasını tələb edərək, “Bu gedişat xoşuma gəlmir” deyib.
Kreml isə münaqişənin sülh yolu ilə həllinin yalnız müəyyən şərtlərlə mümkün olduğunu bildirib.
Politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq istəyir:

“Amma göründüyü kimi Rusiyanın öz şərtləri var. Bu şərtlər əlbəttə ki, ABŞ üçün çox ciddi şəkildə mənfi nəticələrə səbəb ola bilər. Bir növ, Rusiyanın yeni mərhələdə bir fövqəl dövlət statusuna namizəd kimi qəbul edilməsidir.
Təbii ki, Qərb alyansı xüsusilə Vaşinqtonun Rusiyanın bu şərtini qəbul etməsi Vaşinqtonun növbəti mərhələdə strateji məğlubiyyətinə gətirib çıxara bilər. Ona görə də Rusiya kifayət qədər hücuma keçir. Trampın atəşkəsi çağırdığı bir dövrdə Rusiyanın Çin və Şimali Koreyanı öz yanına alaraq Ukraynaya qarşı işğalı genişləndirməsi əlbəttə ki, ABŞ-nı Rusiyaya qarşı daha da sərt tədbirlər almağa gətirib çıxara bilər. Yəni proses buna uyğun gedir.
Düşünmürəm ki, bundan sonra artıq Tramp-Putin görüşü baş tuta bilər. Çünki Putinin şərtləri çox ağırdır və bu proseslər artıq demək olar ki, ABŞ və Avropa ölkələri tandemi ilə Rusiya və Çin tandemi arasında müharibədir. ABŞ artıq Rusiyanın atəşkəsdə maraqlı olmadığına görür, buna görə də sərt tədbirlər alır”.
Leyla Turan
Demokrat.az