Hazırda ölkəmizdə ali təhsil müddəti 4 ildir. Son zamanlar cəmiyyətdə təhsil ilinin qısaldılması ilə bağlı müzakirələr var. Tələbələr də bəzi ixtisaslar üzrə 4 ilin çox zaman olduğunu düşünür. Belə ki, bəzi ixtisaslar üzrə 2 illə kifayətlənəcəyini düşünən tələbələr nəzəriyyədən daha çox praktika öyrənilməsinin vacib olduğunu deyirlər.
Bununla bağlı təhsil eksperti Adil Vəliyev Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Azərbaycanda ali təhsil almanın müddəti 4 il kimi qiymətləndirilir:
“Ancaq əgər tələbə öz savadına güvənirsə o bir üst kursdan müəyyən dərsləri alaraq bu müddəti qısa edə bilər. Bundan əlavə olaraq bir tələbə istəsə əgər 4 il müddətində 2 diplomla da məzun ola bilər. Qaldı ki təhsil müddətinin qısaldılmasına, 2 il kimi bir vaxt müəyyən edilməsinə düşünürəm ki, bu, qeyri-mümkün olan bir şeydir. Çünki 4 illik təhsil həyatında bir tələbənin öyrənəcəyi yalnız onun öz ixtisası fənləri olmur. Qeyri-ixtisas fənlərdən də bəzi məlumatları öyrənir və əldə edir. Düşünürəm ki, tələbələrin praktiki cəhətdən bəzi məlumatları əldə etməsi onların nəzəri tərəfdən məlumatsızlığına gətirib çıxara bilər. Çünki həm nəzəri, həm praktiki məlumatlar bir tələbə üçün ən vacib məqamlardan biridir”.
Ekspert əlavə edib ki, ancaq bəzi ixtisaslar var ki, əsasən humanitar ixtisaslarda müəyyən qısaldılmalar ola bilər:
“Ümumi şəkildə desək, tədris proqramında yenilənmələr ola bilər. Əgər tələblər düşünür ki, necə olur ki, məsələn, mən bir dizayn ixtisasını 4 ilə bitirirəm. Ancaq həmin dizayn ixtisasını mən 2 ilə hər hansı bir kursu oxuyub öyrənə bilərəm. Onu nəzər almaq lazımdır ki, həmin kurslarda dizayn ixtisasına aid olan fənlər tədris olunur, qeyri-fənlər tədris olunmur. Bitirdikdə isə ali təhsil diplomu yox, yalnız kursun sertifikatı verilir”.
Leyla Turan
Demokrat.az