2019–2023-cü illəri əhatə edən dövlət proqramı çərçivəsində müxtəlif ölkələrdə, o cümlədən Avropa və Amerikada doktorantura səviyyəsində təhsil alan bir qrup azərbaycanlı tələbə problemlə üzləşdikləri bildirirlər.
Tələbələr bu barədə Modern.az-a şikayət məktubu ünvanlayıblar.
Adlarının anonim qalmasını istəyən tələbələr iddia edir ki, proqram çərçivəsində onlara qarşı haqsızlıq edilir, əvvəlki razılaşmalar dəyişdirilir və yeni şərtlər zorla qəbul etdirilməyə çalışılır.
Onların sözlərinə görə, 2019–2023-cü illəri əhatə edən dövlət proqramı çərçivəsində onlar xarici universitetlərə göndərilərkən əvvəlcədən müəyyən edilmiş əsas şərt ondan ibarət olub ki, qayıtdıqdan sonra ölkədə 5 il ərzində çalışacaqlar. Bu məqsədlə müəyyən ilkin müqavilələr bağlanıb.
"Fəqət biz bu müqaviləni bağlayarkən istər proqram rəhbərliyi və əməkdaşları ilə, istərsə də universitet təmsilçiləri ilə belə razılaşdıq ki, qayıdandan sonra biz dövlətimizin layiq bildiyi yerlərdə işləyəcək, eyni zamanda universitetdə dərs deyəcəyik. Çünki yüzdən çox tələbəyə çəkilən xərcdən sonra xaricdə doktorantura (phd) təhsili almış tələbələrin dövlət işində çalışması olduqca təbiidir. Hətta o zaman bəzilərimiz işimizdən ayrılıb xaricə getdik ki, qayıdanda phd səviyyəsi ilə daha yaxşı yerdə işləyib faydalı olacağıq", - tələbələr bildiriblər.
Ancaq onların sözlərinə görə, rəhbərliyin yeni qərarı ilə bütün məzunlar yalnız universitetlərdə işləməyə məcbur edilir və bu, ilkin müqavilələrdə nəzərdə tutulmayan əlavə şərtlərlə həyata keçirilir.
Tələbələr qeyd edir ki, 4 il əvvəl bağlanılan müqaviləyə birtərəfli dəyişiklik tətbiq edilir, onlar isə ya bu yeni şərtləri qəbul etməli, ya da dövlətin çəkdiyi təhsil xərclərini ödəməli olurlar. Onların iddiasına görə, artıq bəzi məzunlar haqqında məhkəmə iddiaları qaldırılıb və təhsil xərclərinin iki ay ərzində ödənilməsi tələb olunur.
Müraciətdə həmçinin vurğulanır ki, bəzi tələbələr xaricə getmək üçün öz əvvəlki işlərindən istefa veriblər. Geri döndükdə isə onlar yalnız universitetlərdə aşağı maaşla çalışmağa məcbur edilir və bu, onların potensial imkanlarından tam istifadə olunmasına mane olur.
Məktub müəllifləri qeyd edirlər ki, problemin ictimailəşməsinə qədər məsələni səbir və anlayışla qarşılayıblar, lakin problemin həll edilməməsi onları bu addımı atmağa vadar edib. Onların sözlərinə görə, məsələ ilə bağlı Dövlət Proqramı İdarəetmə Qrupu ilə keçirilən görüşlərdə tələbələrin suallarına cavab verilməyib, əksinə, məhkəmə ilə hədələniblər.
Qeyd edək ki, Xaricdə təhsil üzrə dövlət proqramının ilk mərhələsi 2007–2015-ci illəri əhatə edib və 3500-dən çox gənc bu proqramdan yararlanıb. Növbəti mərhələ 2019–2023-cü illəri əhatə edib. Proqramın əsas məqsədi beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların hazırlanmasıdır. Proqram doktorantura, magistratura və bəzi hallarda bakalavriat səviyyələrində xaricdə təhsili dəstəkləyir.
Məsələ ilə bağlı Dövlət Proqramı İdarəetmə Qrupuna sorğu göndərilib. Qurumdan bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
Elm və təhsil eksperti Kamran Əsədov da Modern.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı onlara da xüsusilə İngiltərədə və digər inkişaf etmiş ölkələrdə təhsil alan tələbələrdən müraciətlər daxil olub.
“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Xaricdə Təhsil Dövlət Proqramının mahiyyəti ölkədə rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, xidmət sektorunun inkişaf etdirilməsidir. Amma bu o demək deyil ki, dediklərimiz xaricdə təhsil alanların ancaq ali təhsil müəssisələrində işləyəndə baş verə bilər”, - o deyib.
Onun sözlərinə görə, proqramın məqsədi ancaq ali təhsil müəssisələrinə kadr hazırlığı həyata keçirilməsi deyil: “Bu yanaşma dövlət proqramının mahiyyətinə ziddir. Bu proqramın mahiyyəti müxtəlif sahələrdə inkişafa nail ola bilməkdir. Əlbəttə həmin şəxslər həftə ərzində bir neçə saat xaricdə təhsil proqramında əldə etdikləri bilikləri öyrətməkdən ötrü gələ bilərlər”.
Ekspertin sözlərinə görə, xaricdə təhsil alıb gələn mütəxəssislərimiz iqtisadçı, mühəndis, spesifik sahələrdə fəaliyyət göstərən şəxslərdir:
“Onlar ali təhsil müəssisəsində yalnız nəzəri və praktiki biliklərini öyrədə bilərlər. Amma biz onların bilik və bacarıqlarından ancaq bu istiqamətdə istifadə etməməliyik. Bu yanaşma yanlışdır. Onlar Xaricdə Təhsil Üzrə Dövlət Proqramına qoşulanda da qeyd olunub ki, 5 il ərzində müəyyən ehtiyac sahələrində çalışmalıdırlar. Amma bu sahələr ali təhsil müəsssisələri deyil. Biz ali təhsil müəssisələrində kadr potensialını onların hesabına düzəldə bilərik, amma tamamlaya bilmərik. Çünki biz həmin şəxsləri 5 il ərzində ali təhsil müəssisəsində işləməyə göndərsək, onlar uzaqlaşdıqdan sonra universitetlərdə böyük bir boşluq yaranacaq. Onlar əldə etdikləri bilikləri xidmət sektoruna, iqtisadiyyata verə bilməyəcəklər. Biz bu prosesləri paralel aparmalıyıq. Dünyada bu təcrübə var, hətta iri şirkət, holdinq rəhbərləri də həftə ərzində bir neçə dəfə ixtisasları üzrə bilik və bacarıqlarını tələbələrə çatdırırlar. Biz xaricə oxumağa göndərdiyimiz şəxslərin bilik və bacarıqlarından istifadə etməliyik. Amma bu faydalı və səmərəli istifadə həmin şəxslərin ali təhsil müəssisəsində gün ərzində 8 saat oturması hesabına olmamalıdır. Çünki onlar xidmət sektorunda, iqtisadiyyatın formalaşmasında daha çox faydalı ola bilərlər. Ona görə də bu yanaşmanı dəyişmək, prosesi paralel aparmaq lazımdır. Bu şəkildə daha effetkiv nəticə əldə olunar”