"Aİ-nin verdiyi bəyanatları qəbul etmək mümkün deyil" — Hasan Oktay

GÜNDƏM 07 aprel 2025, 16:00
Avropa İttifaqı İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə ilə əməkdaşlığı diqqətlə nəzərdən keçirəcəyini açıqlayıb. Aİ-nin sözçüsü Markus Lammert Türkiyənin Avropa dəyərlərinə sadiq qalmasını istəyib.

Bununla bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Demokrat.az-a açıqlama verib.

O bildirib ki, Avropa İttifaqının ada ölkələri ilə bağlı planlaması və tətbiqi onun zaman-zaman ikili standart yanaşması ilə hərəkət etdiyini göstərir:

“Əkrəm İmamoğlu Fransada Avropa İttifaqı fondlarından aldığı pulları mənimsəyərək korrupsiyaya yol verib. Fransa Parlamentinin müxalif fraksiyasının lideri Marin Le Pen də Avropa Birliyi fondlarından aldığı pulları mənimsəyib. Bir sözlə, hər ikisinin düşdüyü vəziyyət bir-biri ilə çox yaxındır. Hüquq qaydası olaraq Əkrəm İmamoğlu haqqında açılan istintaqın nəticəsi gözlənilir. O mənada Aİ-nin verdiyi bəyanatları qəbul etmək mümkün deyil”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top