"Bu mövzu cəmiyyətimiz üçün mühüm və maarifləndirici bir məsələdir. Dinimizə görə, qurban kəsmək ibadəti müəyyən qaydalar və şərtlərlə icra olunur. Qurbanlıq heyvanların hansı növlərdən olması, onların sağlam və şəriətin bildirdiyi şərtlərə uyğun seçilməsi, həmçinin qurban niyyəti ilə deyildikdən sonra nə qədər vaxt ərzində kəsilməli olduğu İslam hüququnda ətraflı şəkildə izah olunub".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, İslamda qurbanlıq heyvanlar yalnız qoyun, keçi, inək, camış və dəvə ola bilər:
"Bu heyvanların hər biri müəyyən yaş və fiziki sağlamlıq şərtlərinə cavab verməlidir. Qoyun və keçi ən azı bir yaşında olmalıdır, lakin altı aylıq sağlam və iri qoyun da bir yaşlı kimi görünürsə, o da qurban edilə bilər. İnək və camış ən az iki yaş, dəvə isə beş yaş tamam olmalıdır. Qurbanlıq heyvan sağlam, topal olmayan, kor olmayan, çox zəif və xəstə olmayan, qulağının və ya buynuzunun yarısından çoxu kəsilməmiş, quyruğu tam olmayan, südü kəsilmiş və ya dişlərinin çoxu tökülmüş olmayan heyvanlardan seçilməlidir. Çünki Peyğəmbərimiz (s) belə qüsurlu heyvanların qurban edilməsini qadağan etmişdir.Qurbanlıq heyvan "qurban niyyəti" ilə ayrıldıqda, bu heyvan artıq ibadət məqsədilə ayrıldığı üçün ona xüsusi münasibət göstərilməlidir. Qurban niyyəti ilə seçilən heyvan, imkan daxilində bayramın ilk günündə, yəni Qurban bayramının birinci günü (Zilhiccə ayının 10-u) sübh namazından sonra kəsilməlidir. Amma bu, zəruri deyil ki, məhz o anda kəsilsin".
İlahiyyatçının sözlərinə görə qurban kəsmə vaxtı bayramın birinci günündən başlayaraq üçüncü gününün günbatanına qədər davam edir:
"Yəni qurbanlıq heyvan, niyyət edildikdən sonra bu üç gün ərzində, bayram namazından sonra olmaq şərti ilə kəsilə bilər. Gecikdirilərsə və vaxt keçərsə, artıq bu heyvan adi ətlik heyvana çevrilmiş olar və ibadət sayılmaz.Əgər bir şəxs heyvanı qurban niyyəti ilə deyib, lakin üzürlü səbəbdən onu kəsə bilməyibsə və qurban günləri də bitibsə, bu halda həmin heyvanı diri saxlamaq yox, kəsmək və ətini sədəqə vermək tövsiyə olunur. Çünki artıq ibadət niyyəti ilə ayrılmışdır və onu yeyib istifadə etmək doğru sayılmaz.Əlavə olaraq qeyd edilməlidir ki, heyvan deyildikdən sonra onun saxlanılması, yedizdirilməsi və yaxşı baxılması təşviq olunur. Onun ağrısız və insani formada kəsilməsi, qanının tam axıdılması və israf edilməməsi İslamın şəfqət və ədalət prinsiplərinə uyğun gəlir. Hətta kəsim zamanı heyvana əziyyət verməmək barədə Peyğəmbərimizin ciddi tövsiyələri vardır.Beləliklə, qurbanlıq heyvan seçimi və kəsim vaxtı İslamda müvafiq şəriət qaydaları ilə tənzimlənir və bu, həm ibadət niyyəti ilə, həm də insan və heyvan hüquqlarına sayğı ilə yerinə yetirilməlidir. Qeyd etdiyim hökmlər əsasən Qurban bayramında kəsilən “üdhiyyə” qurbanına aiddir. Lakin İslamda yalnız bayram günlərində deyil, digər vaxtlarda da qurban kəsmək olar. Bu, nəzir qurbanı, şükür qurbanı və ya sadəcə Allah rizası üçün edilən qurban ola bilər. Bayramdan başqa vaxtlarda kəsilən qurbanlarda da heyvanın növü və sağlamlıq şərtləri eyni qalır. Sadəcə olaraq bu hallarda kəsmə vaxtı ilə bağlı bayram günləri məhdudiyyəti yoxdur — heyvan qurban niyyəti ilə deyildikdən sonra imkan daxilində tez bir zamanda kəsilməsi daha məqsədəuyğundur. Çünki niyyətlə ibadət başlanmış sayılır və gecikdirmə, xüsusilə səbəbsiz təxir, məkruh və ya uyğun olmayan davranış sayılır. Əgər bir şəxs qurban deyib imkan edib edib kəsə bilmirsə də mümkün qədər dediyi qurbanı kəsməsi vacibdir".
Əfsanə Kamal
Demokrat.az